Karbon qazlı söndürmə sistemləri insansız şəraitdə istifadə edilən bir yanğın söndürmə sistemidir. Karbondioksid qazı, mühitdə olan oksigen müvazinətini sürətli bir şəkildə salaraq və bunun nəticəsində də boşalan karbon qazının yaratdığı şok təsiri ilə birlikdə müvafiq sahədəki temperaturu azaltmağa müvəffəq olur. Çox təsirli bir söndürmə gücünə malik olan karbondioksid qazlı söndürmə sistemləri insan sağlamlığına zərər təşkil edə biləcəyi üçün, insansız şəraitlərdə istifadə uyğun olan bir yanğın söndürmə sistemidir. Bu sistemdə baxım təmir, dərhal müdaxilə kimi vəziyyətlərdə sistemin nəzarət xaricində hərəkətə keçməməsi üçün müxtəlif tədbirlərin də görülməsi lazımdır. Bu sistemdə yer alan nozul və balonlar,sistem içərisində istifadə edilən vintillər, beynəlxalq standartlara uyğun olmalıdır.
Karbondioksid yanğınsöndürmə sistemlərinin xüsusiyyətləri isə belədir;
Þ Olduqca təsirli və sürətli bir söndürmə texnikasına malik olur.
Þ Ozon təbəqəsinə zərər vermir.
Þ Lokal tətbiqlərdə seçim edilə bilər.
Þ İnsan gücünün olduğu sahələrdə qətiyyən istifadə etmək olmaz.
Þ Dərin və geniş bir sahəyə yayılmış olan yanğınlarda tez-tez istifadə edilir.
Þ Elektrik keçiricilik qabiliyyətinə malik deyil.
Þ Hərəkətə keçdikdən sonra sistemin boşalması ilə birlikdə ətrafda toz bulud yarada bilər.
Þ Sistemin yenidən doldurulması adına maliyyə də olduqca aşağıdır.
Þ Maksimum 1 dəqiqədə sistem boşalır.
Yuxarıdakı xüsusiyyətlərə malik olan və son dərəcə təsirli bir yanğın söndürmə sistemi olan karbon qazlı söndürmə sistemləri xüsusilə kompüter otaqları, Tibbi və ya sənaye laboratoriyaları, Transformator otaqları, Güc təminat otaqları, Kabel qalereyaları, Mühərrik otaqları, Boya kabinələri, Yanıcı maye saxlama sahələri, Elektrik nəzarət lövhə otaqları, Həssas cihazların yer aldığı mühitlərdə üstünlük verilir.
Əlbəttə, bu cür şəraitlərdə insansız sahə olması lazımdır.
Su, kimyəvi toz və köpük kimi yanğın söndürmə sistemlərində yanğından sonra açığa çıxan və təmizlənməsi lazım olan tullantılar bu sistemdə yer almır. Bu səbəbdəndən təsirli olduğu qədə, olduqca təmiz bir yanğın söndürmə sistemi olaraq da diqqət çəkir. Maya dəyərinin aşağı olması və maksimum 60 saniyədə boşalan sistemin yüksək xərc tələb etmədən doldurulması da yenə bu sistemi xüsusi edən amillər arasındadır. Ancaq bu sistemin digər sistemlərə nisbətən daha sıx təhlükəsizlik tədbirlərinin görülməsindən sonra yaradılması və istifadə edilməsi lazımdır. Az miqdar da olsa Karbondioksid qazının nəfəs alınmasında həyati təhlükələrə səbəb olur. Bu səbəbdən lazım olan işlərin diqqətlə aparılması və sistemə uyğun təhlükəsizlik tədbirləri mütləq alınmış olmalıdır.