Köpüklü yanğın söndürmə sistemləri ümumiyyətlə yanıcı və maye kimyəvi maddələrin və ya yanacaqların söndürülməsində istifadə edilir. Zülal əsaslı, sintetik əsaslı, spirtə davamlı və film oluşturucu köpük növləri kimyəvi xüsusiyyətlərə görə fərqlilik göstərə bilir. Avtomatik olaraq dizayn ediləbildiyi kimi əllə də yaradıla bilən köpüklü yanğın söndürmə sistemləri yanan bölgəyə dərhal müdaxilə edərək yanğının böyüməsini əngəlləyir.
Köpüklü yanğın söndürmə sistemlərinin əsas xüsusiyyətləri isə bu şəkildədir;
Þ Oksigenlə yanacaq buxarının təmas etməsinə mane olur.
Þ Yanacaq səthində əmələ gələn buxarlanmanın qarşısını alır.
Þ Alovla yanacaq səthini bir-birindən ayırır.
Þ Yanacaq səthində və ya ətrafında yer alan metal səthlərin soyumasına kömək olur.
Köpüyün təsirli olduğu yanğın növləri isə bunlardır;
Þ Xam neft yanğınları,
Þ Gazolin yanğınları,
Þ Təyyarə yanacağı yanğınları,
Þ Benzin yanğınları,
Þ Fuel oil yanğınları,
Þ Nafta yanğınları,
Þ Spirtlərdə meydana gələn yanğınlar,
Þ Ketonlarda əmələ gələn yanğın,
Þ Eterlerdəmeydana gələn yanğınlar,
Þ Efirlərdə baş verən yanğınlar.
Þ Karbohidrogen yanğınları
Þ Polar Solvent yanğınları
İstifadə sahəsi olduqca geniş olan köpüklü söndürmə sistemləri ümumiyyətlə; Təyyarə və vertolyot bunkerlərində, anbarlarda, yanacaqların yükləmə və ya boşaltma keçirildiyi stansiyalarda, boya emalatxanalarında, kimyəvi maddə istehsal edilən və ya da toplanan müəssisələrdə, yanıcı və parlayıcı mayelərin toplandığı sahələrdə, yanıcı və parlayıcı mayelərində dolum sahələrində, zavodlarda, estakadalarda, neft emalı zavodlarında, yat limanlarında və buna bənzər sahələrdə istifadə ediməkdədir. Dərhal müdaxilə və sürətli bir şəkildə nəzarəti ələ almaq xüsusiyyəti səbəbiylə yanıcı səthə qısa müddətdə təsir edir və ehtimal olunan böyük yanğınların da qarşısını alır və eyni zamanda partlayıcı xüsusiyyətli qazların bayıra çıxmasını da əngəlləyir.